Estoniyanın paytaxtı Tallində gənclər arasında cüdo üzrə Avropa çempionatı keçirilir. 

Offsideplus.az xəbər verir ki, bu gün komanda yarışlarına başlanıb. Azərbaycan yığması 1/8 finalda Bolqarıstanla üz-üzə gəlib və rəqibini 4:1 hesabı ilə məğlub edib.

Növbəti görüşdə cüdoçularımız Türkiyə ilə qarşılaşıb və burada da qələbə qazanıblar - 4:0. Bu mərhələdə Niderlanddan güclü olan yığmamız 4:2 hesabı ilə qalib gələrək finala yüksəlib. Komandamız həlledici görüşdə Fransa ilə qarşılaşacaq.

Komandamızın iştirak ərizəsinə 17 idmançı daxil edilib: Nizami İmranov, Aydın Rzayev, Vüsal Qələndərzadə (hamısı 73 kq), Süleyman Şükürov (81 kq), Şamil Tuncay, Aslan Kotsoev (hər ikisi 90 kq), Məmmədrza Hacızadə (hər ikisi 90 kq), Əjdar Bağırov, Kənan Nəsibov (+100 kq), Ramazan Əhmədov (90 kq), Könül Əliyeva, Fəridə Mirzəyeva, Xədicə Qədaşova, Fidan Əlizadə (57 kq), Pərvanə Abdullayeva (70 kq) və Nigar Süleymanova (+78 kq).

Bir gün əvvəl komandamız dörd qızıl, iki gümüş və iki bürünc medal qazanaraq fərdi Avropa çempionatının ümumi hesabında birinci yeri tutub. Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) qızıl, Nizami İmranov (60 kq) və Aslan Kotsoev (90 kq) gümüş, Tuncay Şamil (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.