Bu gün İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatına yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, yarışın son günündə Azərbaycan yığmasının 2 medal qazanmaq şansı var.

Ağanəzər Novruzov (74 kq) və Anar Cəfərli (92 kq) bürünc uğrunda yarışacaq.

U-20 dünya çempionatı
Sərbəst güləş

74 kq
Ağanəzər Novruzov əvvəlcə fransalı Seyfulla İtayevə, sonra isə çinli Ninq Vanqa qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Burda qazaxıstanlı Yeqor Ancugini 7:3 hesabı ilə məğlub edən Novruzov yarımfinalda Ladarion Artezə (ABŞ) olacaq. O, bürünc uğrunda güləşəcək.

92 kq
Anar Cəfərli ilk görüşündə Nikita Qobaretsi 10:0 hesabı ilə məğlub edib. O daha sonra Sali Yusrefova 3:5 hesabı ilə uduzub. Rəqib finala yüksələrsə Anar bürünc uğrunda təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, Azərbaycan yığması mundialda 2 gümüş, 2 bürünc medal qazanıb. Yunan-Roma güləşçilərinin mübarizəsində Cocu Səmədov (87 kq) gümüş, Ruslan Nurullayev (72 kq) bürünc medal əldə edib. Sərbəst güləşçi Xetaq Karsanov (97 kq) gümüş, qadın güləşçi Nərgiz Səmədova (55 kq) isə bürüncə sahib çıxıb.