“Sabah”ın idman tərəfdaşı olduğu “Azerbaijan Schools Olympiads 2022” layihəsi başa çatıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, layihə çərçivəsində təşkil edilən futbol turnirinə “Bank Respublika Arena”da keçirilən final qarşılaşmaları ilə yekun vurulub. Qaliblər “Sabah” klubu tərəfindən təltif olunub.

Layihədə ümumilikdə 200-ə yaxın məktəbli iştirak edib. Layihə çərçivəsində “Sabah” tərəfindən iştirakçılar üçün futbol məşğələləri və turniri keçirilib, onların əsas komandanın oyunçuları ilə görüşü təşkil edilib.