Argentina millisinin kapitanı Lionel Messi Qətərdə keçirilən dünya çempionatının ən yaxşı futbolçusudur.

Offsideplus.az xəbər verir ki, "Goal.com" saytının tərtib etdiyi siyahıda 35 yaşlı hücumçu ilk pillədə qərarlaşıb. Hazırda onun aktivində 5 oyundan sonra 4 qol və 2 məhsuldar ötürmə var.

Sonrakı yerləri müvafiq olararaq Fransa yığmasından Kilian Mbappe və Antuan Qrizmann tutur.

DÇ-2022-də ən yaxşı futbolçuların "Top-10"luğu belədir:

1. Lionel Messi (Argentina)
2. Kilian Mbappe (Fransa)
3. Antuan Qrizmann (Fransa)
4. Dominik Livakoviç (Xorvatiya)
5. Əşrəf Həkimi (Mərakeş)
6. Brunu Fernandeş (Portuqaliya)
7. Sofyan Amrabat (Mərakeş)
8. Rişarlison (Braziliya)
9. Kodi Qakpo (Niderland)
10. Cud Bellingem (İngiltərə)