Konfrans Liqasının II təsnifat mərhələsində sabah Macarıstanda keçiriləcək "Fehervar" - "Qəbələ" matçı Azərbaycanda canlı yayımlanacaq.

Offsideplus.az xəbər verir ki, oyunu "CBC Sport" kanalı göstərəcək. Bu barədə telekanalın mətbuat xidməti məlumat yayıb. Həmçinin "Qəbələ" - "Fehervar" cavab qarşılaşması da "CBC Sport" tərəfindən yayımlanacaq.

Qeyd edək ki, sözügedən oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Komandalar arasında cavab matçı isə bir həftə sonra "Qəbələ"də keçiriləcək.