"Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sürix"lə ev oyunundan qabaq azarkeşlərə müraciət edib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətdə deyilir:

"Əziz azarkeşlər, “Qarabağ” – “Sürix” oyununa göstərdiyiniz böyük marağa görə sizə sonsuz təşəkkür edirik.

Oyuna gələrkən təhlükəsizlik tədbirlərinə əməl etməyiniz xahiş olunur. Nəzərə alın ki, içəri keçdikdən sonra arenanı tərk edən azarkeşlər matç bitənə qədər yenidən stadion ərazisinə qayıda bilməyəcəklər.

Bundan başqa, biletinizdə göstərilən sektor, sıra və yerlərdə əyləşməyiniz rica olunur. Hər birinizə bu qaydalara riayət edəcəyiniz üçün indidən minnətdarıq! Gəlin, ötən oyundakı rekordumuzu yeniləyək!".