"Neftçi" heyətini iki yeni futbolçu ilə gücləndirə bilər.

Redaksiyamıza daxil olan məlumata görə, "ağ-qaralar" Azərbaycan millisinin hücumçuları - Rüfət və Renat Dadaşov qardaşlarını transfer etmək niyyətindədir.

Belə ki, paytaxt təmsilçisi Renatı Dadaşovu icarəyə götürmək istəyir. Böyük qardaşı Rüfəti isə transfer etməyə çalışır.

Məsələ ilə bağlı klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq.

Klub rəsmisi Offsideplus.az-a açıqlamasında bunları dedi: "Xeyr, hazırda nə Rüfət, nə də Renatla maraqlanmırıq".

Qeyd edək ki, Rüfət hazırda Almaniya təmsilçisi "Şalke"nin ikinci komandasında, Renat isə icarə əsasında Portuqaliyanın "Tondela"  klubunda çıxış edir.

Cavid Əliyev