Özbəkistanın “Bunyodkor” klubu Braziliya millisinin sabiq futbolçusu Rivaldonu məhkəməyə verib.

Offsideplus.az  xəbər verir ki, bu barədə İdman Arbitraj Məhkəməsi (CAS) məlumat yayıb. Buna səbəb "Milan" və "Barselona"nın keçmiş yarımmüdafiəçisinin paytaxt klubu ilə 2010-cu ildə müqaviləsinə vaxtından əvvəl xitam verməsidir.

Qeyd edək ki, Rivaldo 2008-ci ildə Daşkənd təmsilçisi ilə 4 mövsümlük müqavilə imzalamışdı.