Tanınmış modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Moskvada 8-15 iyun tarixlərində baş tutacaq “Dostluq üçün futbol” turnirinə gedəcək Azərbaycanlı gənc futbolçu Conatan Ferqüssonla görüşüb.

Gənc futbolçu qapıçı kimi çıxış edəcək. Ferqüsson Kosta-Rika, Qırğızıstan, Sent-Lüsiya, Laos və Kamar adalarından olan gənc oyunçularla birlikdə çıxış edəcək.  Gənc futbolçuya uğurlar arzu edən Gülnarə Xəlilova bildirib ki, “Dostluq üçün futbol” kimi layihələri hər zaman dəstəkləmək lazımdır. Çünki idman hər şeydən öncə xalqın sağlamlığı, gələcək nəslin sağlamlığıdır. Bu layihə də təkcə xalqları idmana deyil, həmçinin dünyanın 60-dan çox ölkəsindən olan yeniyetmə və idmançıları biləşdirir. “Bizlərə sadəcə “Dostluq üçün futbol” layihəsinin bütün iştirakçılarına uzun illər boyu uğurlar arzulamaq qalır”, - tanınmış modelyer-dizayner söyləyib.

Sonra layihəsi çərçivəsində azərbaycanlı nümayəndə simvolik bilərziyi Gülnarə xanımın qoluna  taxıb. Bilərziyin göy rəngi sülh səmasını, yaşıl isə - hər kəsə əlçatan futbol meydançasını simvolizə edir.Gülnarə xanım əlavə edib ki, əgər sülh olmasa, peşəkar idman və sağlam həyat tərzi də olmaz.yacaq. Ona görə də o həmişə sülh və əmin-amanlığı dəstələyib.

Qeyd edək ki, “Qazprom” İSC-nin himayədarlığı ilə “Dostluq üçün futbol” Beynəlxalq Uşaq Sosial proqramı 2013-cü ildən keçirilir. Forumun iştirakçıları səkkiz dəyəri: dostluq, bərabərlik, ədalət, sağlamlıq, əmin-amanlıq, sədaqət, qələbə, adət-ənənə və dürüstlüyü təbliğ edir. Proqramda gənc futbolçular (qızlar və oğlanlar, hətta fiziki qüsurlu gənclər), “Dostluq üçün futbol” Uşaq Mətbuat Mərkəzi çərçivəsində gənc jurnalistlər iştirak edir. Son 5 il ərzində proqramda 3,7 mindən çox uşaq iştirak edib.

Bu turnir Rusiyada keçiriləcək DÇ-yə hazırlıq çərçivəsində baş tutacaq. Turnirin iştirakçıları çempionatın açılış matçını izləyəcəklər.
 
İştirakçıların dəstəkləyib irəliyə apardığı əsas dəyərlər – dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənələr və şərəfdir.

1

1