Milli Basketbol Assosiasiyasının (NBA) "Los-Anceles Leykers" klubunun oyunçusu Lebron Ceyms dünyanın ən nifrət olunan idmançısı seçilib.

Offsideplus.az xəbər verir ki, son 12 ayda basketbolçu haqqında sosial şəbəkələrdə 122 mindən çox mənfi rəy alıb.

İkinci yerdə "Mançester Yunayted"in və İngiltərə milli futbol komandasının forvardı Markus Raşford gəlir, onun haqqında 32 min çox mənfi rəy qeyd edilib.

28 minə yaxın təhqiramiz şərh toplayan amerikalı futbolçu Tom Bredi ən çox nifrət edilən idmançılar siyahısında ilk üçlüyü bağlayıb.

Dördüncü və beşinci yerləri sırasıyla basketbolçu Kevin Dürant (24 min mənfi şərh) və yarış avtomobili sürücüsü Bubba Uolles (21 min mənfi şərh) tutur.

"Yuventus" komandasının və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo səkkizinci sırada qərarlaşıb. O, 11 min mənfi şərh alıb.(oxu.az)