Afrikada keçirilən dəfn mərasimlərindən birində etdiyi hərəkətlərlə dünya gündəminə düşən məşhur "Tabut rəqsi"nin müəllifi Benjamin Aidoo maraqlı açıqlamaları ilə diqqətləri çəkib.

Offsideplus.az xəbər verir ki, getdiyi yas mərasimlərində ağlamaq yerinə insanları güldürməyə çalışan Aidoo 5 dostu ilə birgə bu hərəkətləri edir. Öz dəfn mərasiminin necə olacağı barədə suala isə o, "Bu böyük bir parti olacaq" cavabını verib.

Aidoo həmçinin futbolla bağlı sualları da cavablandırıb. Müxbirin "Futbol dünyasından kimlərlə birgə "Tabut rəqsi" etmək istərdiniz?" sualına məşhur afrikalı belə cavab verib:

"Kristiano Ronaldo, Lionel Messi və Ronaldinyo ilə birlikdə rəqs etmək istərdim. Çünki bu üç futbolçunu çox sevirəm. Ronaldonun xarakterini və həyat hekayəsini sevirəm. Messi favoritimdir. Ronaldinyo isə hər zaman təbəssüm etməyi bacaran biridir"

Hansı futbol klubuna azarkeşlik etdiyi barədə suala isə Aidoo belə cavab verib:

"Çelsi" klubu mənim ən sevimli komandamdır. Bu kluba isə Essyenə görə azarkeşlik etmişəm. Maykl Essyen sadəcə möhtəşəm bir futbolçudur"