UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşülərindən PSJ - "Borussiya" (Dortmund) matçı birincilərin qələbəsi ilə yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, Mbappe və Neymar da daxil olmaqla, PSJ-li futbolçuların oyundan sonra Holanda niyə atmaca atdıqları bəlli olub. 

Oyundan əvvəl "Borussiya"nın norveçli oyunçusu Erlinq Haland "Snapchat"da Parisdə qaldıqları oteldən foto paylaşaraq "Paris mənim şəhərimdir, sizin yox" yazıb. Oyundan sonra isə Neymar öz "İnstagram" hesabında Holandsayağı qol sevincini paylaşaraq "Paris bizim şəhərimizdir, sənin yox" sözlərini yazıb. 

ES5UP02X0AAjJRG

89843574 2611198122458750 3093393952347258880 n