"Qalatasaray"ın mövsümün əvvəlində "Selta Viqo"dan icarəyə götürdüyü Emre Mor sosial media hesabından açıqlama yayıb.

Offsideplus.az xəbər verir ki, "İnstagram"da paylaşım edən türk futbolçu üsyan edib: "Haqqımda yalan dedi-qodular yayan insanlardan, sözdə jurnalistlərdən, mediadan bezmişəm... Davamlı olaraq, məni pis təqdim etməyə çalışmaqdan vaz keçin. Məni, xarakterimi, ailəmi, keçmişimi bilmədən bu qədər rahat fikir bildirməyiniz çox təəccüblüdür. Hər gün yeni bir ittiham və əsassız xəbər oxumaq üçün bura gəlməmişəm. Futbol oynamaq, istedadımı göstərmək, mənə güvənən insanların etimadını doğrultmaq üçün burdayam. Uğurlu olar, ya da olmaram, ancaq ən yaxşısı üçün çalışmağa hazıram. Zatən həyat dediyimiz bundan ibarətdir. Mən "Qalatasaray"ın futbolçusu olmağımla qürur duyuram. Yaxşı və ya pis gündə əlimdən gələnin ən yaxşısını edəcəyəm".