UEFA Xorvatiya milli komandasının və Almaniya "Ayntraxt"ının futbolçusu Ante Rebiçin diskvalifikasiya müddətini 4 oyuna endirib.

26 yaşlı hücumçu avqustun 29-da Fransa "Strasburq"u ilə Avropa Liqasının "pley-off" mərhələsinin cavab görüşünün 44-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alıb. 

Kobud oyun və qarşılaşmanın rəsmi nümayəndəsini təhqir etməsi səbəbindən Rebiçə 5 oyunluq cəzalandırıb. Sonradan Frankfurt təmsilçisi apellyasiya verib. 

Qeyd edək ki, Ante Rebiç ötən ay İtaliya "Milan"ına 2 illik icarəyə verilib. Forvard Azərbaycan millisini həm Xorvatiyada 2:1 hesabı ilə məğlub etdikləri, həm də Bakıda 1:1 bərabərə qaldıqları oyunlarda iştirak etsə də, qol vura bilməyib.