Türkiyə millisinin və İstanbulun "Qalatasaray", "Beşiktaş" "Fənərbağça" klublarının sabiq futbolçu Emre Aşık həyat yoldaşı tərəfindən öldürülə bilərmiş.

 "Habertürk TV"yə istinadən xəbər verir ki, bir müddət əvvəl qalmaqallı şəkildə boşandığı həyat yoldaşı Yağmur Sarnıç veteran futbolçunun ölümünü planlaşdırırmış.

Yağmur Sarnıç 3 ay əvvəl Düzcedə reyd zamanı həbsxanadan qaçmış Erdi Sunqurla birlikdə saxlanılmış, avtomobildən 2 silah tapılmışdı. Daha sonra Erdi Sunquru gizlədən İ.Y saxlanılıb. Cinayət planını da polisə həmin şəxs açıqlayıb.

Məlum olub ki, Yağmur Sarnıç Erdi Sunqur vasitəsi ilə Emre Aşık və vəkili Funda Sadıkahmet Alpı öldürərək, Düzcedə basdırmağı planlayırmış.
İ.Y polisə ifadəsində bunları deyib: "Səhər yeməyi zamanı Emre Aşıkı öldürmək üçün plan qurdular. Pullarını ələ keçirmək üçün öldürəcəklərini dedilər. Erdi Sunqur mənə "Emreni öldürsən pullar Yağmura qalacaq. Həmin puldan sənə 10 milyon lirə verəcəm. Sən onu öldürəcəyimiz yeri mənə göstərəcəksən" dedi. Yağmur isə "Emreni öldürdükdən sonra burda basdıra bilərik. Burda kimsə yoxdu" bildirdi. Geri qayıdarkən maşındakı iki silahı göstərib "Niyyətimiz ciddidir. Onu öldürəcəyik" dedilər"

Emre Aşıkın vəkili Funda Sadıkahmet Alp da faktı təsdiqləyib.

Qeyd edək ki, Emre Aşık və Yağmur Sarnıç arasında övladlarının vəlayəti üstündə məhkəmə prosesi davam edir.

Yağmur Aşık, eşi eski futbolcu Emre Aşık'ı öldürtmek için 10 ...

Eski futbolcu Emre Aşık ile eşi Yağmur Aşık arasındaki gerilim ...