"Tottenhem" "Lill"də çıxış edən Sven Botmanı heyətinə qatmaq istəyir.

 Offsideplus.az "Daily Star"a istinadən xəbər verir ki, London klubunun çalışdırıcısı Antonio Konte növbəti mövsüm  23 yaşlı niderlandlı müdafiəçini komandasında görmək niyyətindədir. Gənc oyunçu ilə "Nyukasl" və "Milan" yaxından maraqlanır.

Qeyd edək ki, 2020-ci ildən Liqa 1 təmsilçisində çıxış edən stoper bu mövsüm 24 oyunda 3 qol və 1 məhsuldar ötürmə edib.