"Lill"in futbolçusu Jonatan David karyerasını İngiltərədə davam etdirə bilər.

 Offsideplus.az "Tuttomercato"ya istinadən xəbər verir ki, "Arsenal" və "Nyukasl"  22 yaşlı kanadalı hücumçunu transfer etmək istəyir. Onun Liqa 1 təmsilçisi ilə hazırkı sözləşməsi 2025-ci ildə yekunlaşır.

Qeyd edək ki,David bu mövsüm 33 matçda 15 qola imza atıb.