Tyerri Anrinin Monaco-ya baş məşqçi təyinatı rəsmən bəlli olub.

Offsideplus.az xəbər verir ki, Fransa təmsilçisi 41 yaşlı əfsanəvi futbolçu ilə 3 illik müqavilə imzalayıb. Anri bu vəzifədə Leonardo Jardimi əvəz edib.

Qeyd edək ki, Fransa millisinin sabiq üzvü peşəkar futbola Monaco-da başlayıb.