Fransa yığmasının əfsanəvi futbolçusu Tyerri Anri Monaco-nun baş məşqçisi ola bilər. 

Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi hazırkı baş məşqçi Leonardo Jardimi bu həftənin sonuna kimi istefaya göndərməyi və bu vəzifəyə Anrini gətirməyi planlaşdırır. Artıq fransalı mütəxəssislə danışıqların başlanıldığı bildirilib.

Qeyd edək ki, Anri hazırda Belçika millisinin baş məşqçi Roberto Martinesin köməkçisi vəzifəsində çalışır.