PSJ-də çıxış edən Danilo Pereyra Səudiyyə Ərəbistanı klubuna keçə bilər.

Offsideplus.az xəbər verir ki, "Əl-İtthad" yarımmüdafiəçinin transferi ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edib.

Pereyra baş məşqçi Luis Enrikenin planlarına daxil olmadığından, PSJ rəhbərliyi 32 yaşlı yarımmüdafiəçini Səudiyyə Ərəbistanında transfer pəncərəsi açıq olduğu müddətdə satmağa çalışır.

Portuqaliyalı futbolçu daha əvvəl "Portu" klubunda oynayıb.