"Mançester Yunayted"in vingeri Ceydon Sanço PSJ-yə keçə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. 

Qeyd olunub ki, Paris klubu 24 yaşlı futbolçu üçün rəsmi təklif göndərib, lakin tərəflər arasında danışıqlar barədə məlumat yoxdur.

Son mövsümü icarə əsasında "Borussiya"da keçirən ingilisin yenidən "Mançester Yunayted"ə geri dönəcəyi iddia olunur.

Sançonun "qırmızı-şeytanlar"la müqaviləsi 2026-cı ilin yayına qədərdir.