"Liverpul"un müdafiəçisi Trent Alexander-Arnold karyerasını İspaniyada davam etdirə bilər.

Offsideplus.az xarici KİV-ə istinadən xəbər verir ki, onun xidmətində "Real" maraqlıdır.

Qeyd olunur ki, Arnold özü də Madrid təmsilçisinə keçməyə razıdır. 

O, geridə qalan mövsümdə Premyer Liqa klubunun heyətində 37 oyunda 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

25 yaşlı oyunçunun "mersisayd"lılarla müqaviləsi 2025-ci ilin yayına qədərdir.