Son mövsümü icarə əsasında "Xetafe"də keçirən "Mançester Yunayted"in futbolçusu Meyson Qrinvud karyerasını Fransada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, onun xidmətində "Marsel" maraqlıdır.
Tərəflər artıq razılığa gəliblər. Yaxın vaxtlarda 22 yaşlı futbolçu tibbi müayinədən keçəcək.
Hücumçu geridə qalan mövsümdə 36 oyunda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.