Fransa millisinin sabiq hücumçusu Jan-Pyer Papen PSJ-nin hücum triosunu - Neymar, Mbappe, Kavani - tənqid edib.

Offsideplus.az xəbər verir ki, o futbolçuları komandanı deyil, şəxsi mənafelərini düşünməkdə ittiham edib:

"PSJ-də onlar qəhrəman deyillər, eqoistdirlər. Həlledici anlarda komandaya faydalı olmaqdansa, öz şəxsi statuslarını üstün tuturlar. Xaricdə oynayan ulduzlarla, Fransda oynayanlar arasında fərq var. Burda onları birlikdə idarə etmək olmur.

Niyə "Liverpul" futbolçuları ilə mübarizə apara bilir, biz yox? Neymar "Barselona"da oynayanda zaman-zaman onu müdafiədədə görürdük".

Xatırladaq ki, PSG Çempionlar Liqasında qrup mərhələsinin ilk turunda "Liverpul"-a 2:3 uduzub.