Fransanın PSJ klubu hücumçusu Kilian Mbappenin komandadan pulsuz ayrılmasının qarşısını almaq üçün futbolçu ilə yeni danışıqlara bşalayır.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi yeni müqaviləsində sərbəstqalma bəndinin məqbul səviyyədə olacağını qeyd edib. Müqavilə 2025-ci ilə qədər nəzərdə tutulub. Bildirilir ki, PSJ-nin bu həmləsi “Real"ın Mbappeni pulsuz transfer etməsinə qarşıdır.

Qeyd edək ki, xarici mətbuatda Mbappenin klubla yeni müqavilə bağlaya biləcəyi barədə xəbərlər dərc edilmişdi.