PSJ-nin hücumçusu Kilian Mbappe zədədən qayıdıb.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı futbolçunun adı Fransa Liqa 1-in 7-ci turunda keçiriləcək “Klermon”la matç üçün iştirak ərizəsinə daxil edilib.

Fransalı hücumçunun bu gün komanda ilə birgə məşq etdiyi bildirilir.

Bu gün keçiriləcək PSJ – “Klermon” matçı saat 18:00-da start götürəcək.