“Nitsa” klubu Mərakeş xalqına dəstək olmaq üçün Fransa çempionatının 5-ci turunda PSJ ilə xüsusi köynəklə oynayacaqlarını elan edib.
Offsideplus.az xəbər verir ki, ağ köynəklərdə “Mərakeşə dəstək” loqosu əks olunacaq. Bu köynəklər sonradan hərracda satılacaq. Satışdan əldə edilən gəlir maddi ehtiyatlar, daimi və ya müvəqqəti mənzil almaq üçün zərərçəkmişlərə və həlak olanların ailələrinə veriləcək.
PSJ – “Nitsa” sentyabrın 15-də baş tutacaq.
Qeyd edək ki, sentyabrın 9-da səhər saatlarında Mərakeşdə 7,2 bal gücündə zəlzələ baş verib. Nəticədə 600-dən çox insan həlak olub, 400-ə yaxın insan yaralanıb.