"Lion" klubunun yeni baş məşqçisinin kimliyi bəlli olub.

Offsideplus.az xəbər verir ki, Fransa təmsilçisi Fabio Qrosso ilə anlaşıb. İtaliyalı mütəxəssis 2007-2009-cu illərdə “Lion”un futbolçusu olub. 

Qeyd edək ki, Qrosso bu postda bir neçə gün əvvəl istefaya göndərilmiş Loran Blanı əvəzləyəcək.