PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi “Lion”dan Bredli Barkolanı rənglərinə qatıb. Hücumçu ilə 5 illik sözləşmə imzalanıb. Bu keçid üçün qarşı tərəfə 45 milyon avro ödənilib.

Qeyd edək ki, forvardın “Lion” ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.