İngiltərə "Arsenal"ının mərkəz hücumçusu Folarin Baloqun karyerasını Fransa çempionatında davam etdirə bilər.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, 22 yaşlı forvard Liqa 1 təmsilçisi "Monako"ya keçməyə yaxındır.

Məlumata görə, tərəflər futbolçunun transferi üçün razılığa gəliblər. 

Keçidin 40 milyon avroya başa gələcəyi bildirilir.