Avqustun 8-də Kilian Mbappe və PSJ-nin prezidenti Nasser Əl-Xelafi arasında mübahisə baş verib.

Offsideplus.az xəbər verir ki, "L'equipe" nəşri tərəflər arasında baş tutan görüşdə səslənən ifadələri üzə çıxarıb.

Əl-Xelafi: "Görəcəksən! Sənə ödəniş etməyəcəm! Asanlıqla təslim olmayacağıq".

Mbappe:"Görəcəm? Nəyi görəcəm? Məni oynatmayan yeganə prezident olacaqsan".

Qeyd edək ki, PSJ klubu bu yay fransız forvardı satmaq və ya yeni müqavilə imzalamaq istəyir. Mbappe isə 2024-cü ildə azad agent olaraq klubu tərk etmək fikrindədir.