PSJ klubu "Real Madrid"i FIFA-ya şikayət etməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Paris təmsilçisi "Real Madrid" klubunu qanunsuz şəkildə Kilian Mbappe ilə əlaqə saxlamaqda günahlandırır. Bu addımına görə PSJ "Kral klubu" əleyhinə rəsmi şikayət ünvanlayacaq.
Qeyd edək ki, Mbappe bu gündən etibarən PSJ futbolçusu olduğu üçün klubdan 60 milyon avro sadiqlik bonusu əldə edəcək.
Xatırladaq ki, PSJ klubu 2024-cü ilin yayında müqaviləsinin müddəti başa çatacaq Kilian Mbappeni satışa çıxarıb. Futbolçunun yeni klubunun "Real Madrid" olacağı gözlənilsə də, Mbappenin bu yay, yoxsa 2024-cü ilin yayında "Kral klubu"na keçəcəyi bəlli deyil. PSJ İspaniya klubu və fransız hücumçunun gizli razılıq əldə etdiyini düşünür.