Fransa millisi və “Arsenal”ın sabiq üzvü Tyerri Anri “Bordo”nu çalışdırmağa razılıq verib.
Offsideplus.az xəbər verir ki, gənc mütəxəssis klub rəhbərliyinin qarşısına şərt qoyub. O bildirib ki, əgər istədiyi futbolçular transfer olunsa, komandanın sükanı arxasına keçməyə hazırdır. Rəhbərliyin Anrinin istəyini qəbul etdiyi və yaxın günlərdə rəsmi müqavilə bağlayacağı bildirilib.
Qeyd edək ki, Anri hazırda Belçika millisində baş məşqçi Roberto Martinesin köməkçisidir.(qol.az)