Fransanın "Lill" klubunun sağ cinah vingeri Timoti Vea iş yerini dəyişməyə hazırlaşır.

 Offsideplus.az xarici mətbuata istinadla xəbər verir ki, 23 yaşlı futbolçu "Yuventus"a keçəcək.

Onun transferinin "Qoca sinyora"ya 13 milyon avroya başa gələcəyi bildirilir.

Qeyd edək ki, T.Veanın "Lill"lə müqaviləsi 2024-cü ilədək nəzərdə tutulub.