PSJ-nin futbolçusu Serxio Ramos azad agent kimi yeni klub axtarışındadır.

Offsideplus.az xəbər verir ki, ispan müdafiəçi ilə Səudiyyə Ərəbistanı klubları maraqlanır. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Ərəblər 37 yaşlı futbolçuya böyük məbləğ təklif ediblər.

Qeyd edək ki, oyunçu ötən gecə PSJ klubundan ayrıldığını açıqlayıb.

 

Günay Xəlil