Fransanın PSJ klubu heyətini yeni futbolçuyla gücləndirmək niyyətindədir.
Offsideplus.az "Telegraph"a istinadla xəbər verir ki, Paris təmsilçisi, "Mançester Siti"nin portuqaliyalı hücumameyilli yarımmüdafiəçisi Bernardo Silvanı transfer etmək istəyir.
PSJ rəhbərliyi 28 yaşlı futbolçu üçün danışıqlara başlamağa hazırlaşır.
Qeyd edək ki, Bernardo Silvanın MS ilə 2025-ci ilədək müqaviləsi var.