Kristof Qaltye adı PSJ ilə hallanın "Mançester Siti"nin futbolçusu Bernardo Silva barədə açıqlama verib.

 Offsideplus.az xəbər verir ki, o, portuqaliyalı oyunçunun mümkün transferi ilə bağlı bu sözləri deyib:

"O, "Mançester Siti"nin oyunçusudur. "Monako"ya gəldiyim vaxt Silvanı kəşf etmişdim. Möhtəşəm futbolçudur, lakin yenə qeyd edirəm ki, "Siti"nin oyunçusudur".

Qeyd edək ki, PSJ-nin Silvanı heyətinə cəlb etmək istədiyi ilə bağlı xəbərlər yayılıb.

 

Günay Xəlil