Fransanın PSJ klubunun argentinalı hücumçusu Lionel Messi yayda komandanı tərk edəcək.

 Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı məşhur insayder Fabrisio Romano yayıb. İnformasiyaya görə, PSJ rəhbərliyi də 35 yaşlı forvardı növbəti mövsümdə heyətdə görmək istəmir.

Messinin isə 3 klubdan birinə keçmək ehtimalı var. Bunlar "Barselona", "Əl Hilal" (Səudiyyə Ərəbistanı) və "İnter Mayami" (ABŞ) klublarıdır.

Qeyd edək ki, Leonun PSJ ilə müqaviləsi bu ilin 30 iyununda başa çatır.