Cari mövsümün sonu PSJ ilə müqaviləsinin müddəti başa çatacaq Serxio Ramosa Səudiyyə Ərəbistanından təklif var.

 Offsideplus.az "Lequipe"ə istinadən xəbər verir ki, "Əl-Hilal" klubu ispan müdafiəçiyə illik 30 milyon avro qazanacağı 2 illik sözləşmə təklif edib. Ulduz futbolçu təklifi qəbul etsə, "Əl-Nəssr"də çıxış edən Kriştiano Ronaldonun rəqibi olacaq. 

Zədə səbəbindən bu sezon çox oyunda iştirak edə bilməyən Ramos, yaxşı məvacibə görə ərəb klubunu seçməyi planlaşdırır.

Qeyd edək ki, daha öncə PSJ klubunun Serxio Ramosu komandada saxlamaq üçün addımlar atdığı ilə bağlı xəbərlər yayılmışdı.