Fransa Liqa 1-in 25-ci turunda PSJ-nin “Marsel”i məğlub etdiyi (3:0) oyun əlamətdarlığı ilə yadda qalıb.

Offsideplus.az xəbər verir ki, matçda dubl edən Kilian Mbappenin 2-ci topu hücumçunun Paris təmsilçisinin heyətində 200-cü qolu kimi tarixə düşüb. Bununla da o, PSJ-nin bombardiri Edinson Kavaninin rekorduna şərik olub.

Onu da vurğulayaq ki, uruqvaylı futbolçu bu göstəriciyə 301 matçda çatıbsa, Mbappe 247 oyunda bu uğuru təkrarlayıb.

24 yaşlı forvard bir qol vuracağı halda, klub tarixinin yeni bombardiri olacaq.

Qeyd edək ki, Mbappe 2018-ci ilin yayından PSJ-də çıxış edir.