“Marsel” klubunun çilili hücumçusu Aleksis Sançes Liqa 1 təmsilçisinə keçməzdən əvvəl “Qalatasaray” klubuna transfer olmaqdan imtina edib.
Offsideplus.az xəbər verir ki, bu barədə “Telefoot” məlumat yayıb. Xəbərə görə, "sarı-qırmızılar" 34 yaşlı futbolçuya illik 4 milyon avro maaş olmaq şərti ilə müqavilə təklif etsə də, o, “Marsel”ə keçməyə üstünlük verib.
Qeyd edək ki, Sançes 2022-ci ilin yayında “İnter”dən azad agent olaraq “Marsel”ə keçib.