PSJ "Real"ın futbolçusu Vinisius Junioru transfer etmək istəsə də, bu istəyinə çatmayıb. 

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi  braziliyalı hücumçunu heyətinə qatmaq üçün qarşı tərəflə danışıqlar aparsa da, müzakirələr nəticəsiz qalıb. Bu barədə "El Nacional" məlumat yayıb.

Xəbərə görə, Fransa təmsilçisi 22 yaşlı futbolçu üçün "kral klubu"na 135 milyon avro təklif edib. Ancaq Madrid klubunun prezidenti Florentino Peres buna müsbət cavab verməyib.

Qeyd edək ki, Vinisius Junior  2018-ci ildən "Real"da çıxış edir.