PSJ klubunun və Argentina yığmasının futbolçusu Lionel Messi də Türkiyədə baş verən güclü zəlzələdən zərərçəkənlərə biganə qalmayıb.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı hücumçunun PSJ-nin heyətində oyunda geyindiyi və imzaladığı forma hərracda satılacaq və əldə olunan gəlir Türkiyəyə göndəriləcək.
Bu haqda məlumatı Türkiyə millisinin üzvü Merih Demiral məlumat yayıb. O, bildirib ki, türkiyə əsilli futbolçu Hakan Çalhanoğlu və italiyalı qapıçı Canluici Donnarumma Messi ilə əlaqə saxlayıblar, vəziyyəti ona başa salıblar. Nəticədə Messi Türkiyəyə belə bir yardım etmək qərarına gəlib.