"Marsel" klubu Mərakeş millisinin üzvü ilə anlaşıb.

Offsideplus.az xəbər verir ki, "Anje"nin yarımmüdafiəçisi Azeddin Unain bundan sonra "Marsel"də çıxış edəcək.

"Barselona"nın da transfer siyahısında yer almış 22 yaşlı futbolçu üçün "Anje"yə 8 milyon avro ödənilib.

Mərakeş millisinin üzvü əvvəllər "Strasburq", "Avranş"da çıxış edib.