PSJ Kilian Mbappeni satmağa hazırlaşır.

 Offsideplus.az  "The Telegraph"a istinadən xəbər verir ki, Paris təmsilçisində başa düşürlər ki, sözləşməsi olmasına rəğmən cari mövsüm fransız ulduzun klubdakı son ilidi. Bu səbəbdən PSJ rəhbərliyi 300-350 milyon avro qarşlığında təklif gəldiyi halda, Mbappenin gedişinə icazə verəcək.

Xəbərdə o da qeyd edilir ki, 24 yaşlı hücumçu oktyabr ayında klub rəhbərliyinə qış transfer dövründə komandadan ayrılmaq istədiyini bildirib.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır.