Fransanın çempionatında növbəti istefa rəsmiləşib.

Offsideplus.az xəbər verir ki, “Monpelye”nin baş məşqçisi Olivye Dall’Olyo işdən azad edilib.

Rəhbərliyin bu qərarına qeyri-qənaətbəxş nəticələr səbəb olub. Belə ki, komanda hazırda Liqa 1-də 11 oyundan sonra 12 xalla 20 iştirakçı arasında 11-ci yerdədir. 58 yaşlı Dall’Olyo “Monpelye”ni ötən ilin iyunundan çalışdırırdı.