“Lans” klubunun baş məşçqisi Frank Heyzlə yeni müqavilə imzalanıb.
Offsideplus.az xəbər verir ki, tərəflər arasında müddəti 2027-ci ilin yayında başa çatacaq müqavilə imzalanıb.
Heyz 2020-ci ilin fevralından “Lans”a rəhbərlik edir.
“Lans” bu mövsüm Liqa 1-də 10 oyuna 21 xal toplayıb və 20 iştirakçı arasında 4-cü sırada qərarlaşıb.