PSJ klubunun ulduz futbolçusu Lionel Messi Fransada "Benfika"ya (Portuqaliya) qarşı UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək oyunu buraxacaq.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı oyunçu zədə səbəbindən meydana çıxmayacaq.

Liqa 1-də10-cu turda baş tutan "Reyms"lə (0:0) matçda iştirak etməyən hücumçu Paris təmsilçisinin bugünkü hazırlıq prosesinə də qatılmayıb.

Qeyd edək ki, PSJ - "Benfika" oyunu  oktyabrın 11-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.