Fransanın PSJ klubunun hücumçusu Lionel Messi "Barselona"ya qayıtmaq üçün şərtini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, mənbənin sözlərinə görə, 35 yaşlı forvard Kataloniya təmsilçisinin prezidenti Joan Laportanın ona xəyanət etdiyinə inanır və son anda müqavilənin uzadılmasını ləğv edib və onu klubdan getməyə məcbur edib. Hücumçunun qayıtması üçün bəzi futbolçular və menecerlər klubu tərk etməlidirlər. Messi də start 11-də yer alacağı təqdirdə “Barselona”ya qayıtmağa razı olacaq.
Sentyabrın 23-də argentinalı oyunçunun "Barselona"nın transfer təklifinə baxmağa razı olduğu məlum olub. Futbolçu dünya çempionatından əvvəl PSJ-dən ayrılmaq fikrində olmadığını, lakin bundan sonra danışıqlara hazır olduğunu bildirib.
Messi PSJ-yə 2021-ci ilin avqustunda pulsuz transfer olub. Onun Fransa komandası ilə müqaviləsi 2023-cü ilə qədərdir.