PSJ-nin direktoru Luis Kampos Serxio Ramos və Leo Messinin komandadakı gələcəyi barədə açıqlama verib.

 Offsideplus.az xəbər verir ki, 58 yaşlı klub rəsmisi Ramos və Messinin müqavilələrinin yenilənməsi haqda bu sözləri deyib:

"Serxio Ramosdan məmnunuq, bu cür oynamağa davam etsə, niyə də yox? Yaxşı mövsüm keçirir, Leo Messi də həmçinin. Hər ikisi ilə müqavilənin müddətini artırmaq yaxşı olardı".

Qeyd edək ki, hər iki futbolçunun Paris təmsilçisi ilə sözləşməsinin müddəti 2023-cü ilin iyun ayında başa çatır.